Cüdoçularımız Belçikada beynəlxalq turnirdə çıxış edəcəklər

29.01.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.

Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Kişilər

60 kq 
Babarəhim Mirzəyev
Murad Muradlı
Murad Əliyev
Fərid Qarayev

66 kq  
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Tofiq Məmmədov

73 kq  
Kamran Süleymanov
Əbil Yusubov

81 kq  
Cəsur İbadlı
Mehdi Abbasov

90 kq 
Əli Qazıməmmədov
Zelim Tçkayev

100 kq 
Davud Namazlı
Nihad Şıxəlizadə

+100 kq 
Ramazan Əhmədov
Camal Feyziyev

Qadınlar

48 kq 
Şəfəq Həmidova
Diana Tçkayeva

52 kq 
Könül Əliyeva
Çinarə Sadıqova
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
Leyla Əliyeva

57 kq 
Ülviyyə Bayramova

63 kq  
Fidan Əlizadə
Nərgiz Hacıyeva

70 kq
Aytac Qardaşxanlı
Südabə Ağayeva

78 kq  
Nərmin Əmirli

+78 kq 
Madina Kaisinova

Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb Ölkə birinciliyi: Daha 6 çəkidə mükafatçılar bəlli olub - FOTO Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər ACF məşqçilər üçün seminar və imtahan təşkil edib Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью