Cüdoçularımız beynəlxalq turnirin ilk gününü 7 medalla başa vurublar FOTO

31.01.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib.

Apasport.az xəbər verir ki, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar. 

Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ölkəmiz yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.

Cüdo üzrə ölkə birinciliyinə yekun vurulub - FOTO Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb Ölkə birinciliyi: Daha 6 çəkidə mükafatçılar bəlli olub - FOTO Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər ACF məşqçilər üçün seminar və imtahan təşkil edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью