Cüdoçularımız Böyük Dəbilqə də mübarizəyə başlayır

28.02.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür. Sport24.az xəbər verir ki, Azərbaycan yarışda üç idmançı ilə təmsil olunur.

Cüdoçularımızın hər biri tatamiyə bu gün çıxacaqlar.

60 kq
Turan Bayramov Yuntao Vanqla (Çin) görüşəcək. Balabəy Ağayev mübarizəyə ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq.

66 kq
Yaşar Nəcəfov Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) döyüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Daşkənddə "Böyük Dəbilqə" turnirinə 23 ölkədən 242 idmançı qatılıb. Yarış 3 gün davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью