Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.
O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
“Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub Cüdoçularımızın rəqibləri bəlli olub Ulduz cüdoçular Bakıya gəlir 33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir Yaponiyanın cüdo əfsanələri Bakıya gələcək Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.