Cüdoçularımız Böyük Dəbilqədə iştirak edəcək

16.07.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Cüdo Federasiyasının (BCF) təqviminə əsasən, 25–27 iyul tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, Azərbaycan bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.

BCF Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq 
Balabəy Ağayev 
Turan Bayramov 

-66 kq 
Elşən Əsədov

EYOF-da iştirak edəcək cüdoçuların siyahısı bəlli olub Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb ACF daha 24 klub və idman təşkilatına beş illik lisenziya təqdim edib Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью