Cüdoçularımız “Böyük Dəbilqə”də seçilmişlər arasında İdman və Biz | Icma.az
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanın altı cüdoçusu "seçilmişlər" arasında yer alacaq.
İdman.biz xəbər verir ki, idmançılarımızdan ən yüksək yeri öz çəkisində üçüncü start nömrəsi olan Murad Fətiyev (90 kq) tutacaq.
Həmçinin Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Uşanqi Kokauri (+100 kq) "seçilmişlər" arasındadırlar.
Bu cüdoçular ilk döyüşlərdə reytinqi daha aşağı olan rəqiblərlə qarşılaşa və ya yarışa ikinci mərhələdən başlaya bilərlər.
Qeyd edək ki, turnirdə 11 idmançımız çıxış edəcək. Fransa paytaxtında tatami üzərinə həmçinin Hüseyn Allahyarov (60 kq), Rəşid Elkiyev (66 k
İndiyədək 54 ölkədən komandalar "Böyük Dəbilqə" turnirində iştirakla bağlı müraciət ediblər.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu