Cüdoçularımız Gürcüstanda hazırlıq keçirlər

10.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Qori şəhərində ölkənin müxtəlif regionlarından seçilmiş cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 7-dən 13-dək davam edəcək hazırlıq prosesinə 40 cüdoçu qatılıb.

Toplanışın əsas məqsədi region idmançılarının texniki və taktiki hazırlığını təkmilləşdirmək, həmçinin fiziki hazırlıq səviyyəsini yüksəltməkdir. Təlimlər beynəlxalq məşq mühitində keçirilir və idmançılar üçün təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradır.

Beynəlxalq təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belçika və Xorvatiyadan olan cüdoçular da iştirak edirlər.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью