Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında medal qazana bilməyib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, yığma 1/8 final mərhələsində Gürcüstana qalib gəlsə də (4:2), 1/4 finalda Yaponiyaya uduzub - 1:4.
Azərbaycan seçməsi təsəlliverici görüşdə Polşa ilə deuldən məğlub ayrılıb - 2:4.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.
“Cebheinfo.az”