Cüdoçularımız Meksikaya yollanacaq

10.10.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 17–19 oktyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində Qran-Pri turniri keçiriləcək.

Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Əhməd Yusifov
Balabəy Ağayev

-66 kq
Ruslan Paşayev
Yaşar Nəcəfov

-73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev

-81 kq
Vüsal Qələndərzadə
Zelim Tçkayev

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Uşanqi Kokauri

III MDB Oyunları: Azərbaycan cüdoçuları 22 medal qazandılar III MDB Oyunları: Cüdoçularımız finala yüksəlib III MDB Oyunları: Azərbaycan cüdoçuları 21 medal qazanıblar III MDB Oyunları: İki cüdoçumuz bürünc medal qazanıb III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью