Cüdoçularımız Olimpiya Təlim Düşərgəsində FOTO

11.03.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edir.

İdman.biz xəbər verir ki, hazırlıq prosesinə milli komandalarımızın 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.

Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.

Təlim-məşq toplanışı 21-23 mart tarixlərində Gürcüstanda keçiriləcək Tbilisi “Böyük Dəbilqə” turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi 17 martda başa çatacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью