Cüdoçularımız üç qızıl qazanıblar

22.07.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan yığması XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) üç qızıl medal qazanıb.

Milli Olimpiya Komitəsindən İdman.biz-ə verilən məlumata görə, cüdoçularımız fərqləniblər.

Oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) və Rəsul Əlizadədə (55 kq) də finalda qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıblar.

Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью