Cüdoçularımızdan Asiya Açıq Turnirinin ilk günündə 8 medal

17.10.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turnirinə start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finala yüksələrək gümüş medallara sahib olublar.

Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi -73 kq), eləcə də Gülnarə Bayramova (-57 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, iki gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.

Azərbaycan cüdo nümayəndələri beynəlxalq səviyyədə təltif olundular Dünya çempionatı: Camal Qamzatxanov yarımfinalda məğlub oldu Madina Kaisinova mundialla erkən vidalaşdı Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq Olimpiya çempionumuz mundialla vidalaşdı - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью