Cüdoçularımızdan Avropa Kubokunda 10 medal FOTO

17.02.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edib.

Avropa Kubokunun ikinci günündə 73 kq çəkidə Səid Şərifov, , 81 kq-da Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq-da Sübhan Axundov bürünc medal əldə edib.

Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Qeyd edək ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью