Cüdoçularımızdan Çexiyada 3 medal

28.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

Modern.az xəbər verir ki, Elşən Əsədov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (73 kiloqram) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью