Cüdoçularımızın dünya kata çempionatı üçün HEYƏTİ İdman və Biz

05.11.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları noyabrın 9-10-da Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, 32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью