Cüdoçularımızın liderliyi davam edir

13.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanda keçirilən "Böyük Dəbilqə" turnirindən sonra reytinq cədvəlini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, kişilərdən ibarət yığmamız yarışı buraxsa da, idmançılarımızın mövqeləri dəyişməz qalıb.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) inamla liderliklərini davam etdirirlər, Elcan Hacıyev (90 kq) isə altıncı pillədə qərarlaşıb.
Zelim Tçkayev (81 kq) və Rəşid Məmmədəliyev (73 kq) yeddinci yerdədirlər, qalan idmançılar isə ilk "onluq"dan kənardadırlar. O cümlədən, Balabəy Ağayev (60 kq) 11-ci, Uşanqi Kokauri (+100 kq) isə 12-ci sıradadı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью