Cüdoçularımızın Qvadalaxara Qran Prisindəki rəqibləri bəlli olub

17.10.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunacaq. Turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) iştirak edəcək.

Qvadalaxara Qran-Prisinin təsnifat mərhələsinin görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00-dan, final bloku isə sabah 04:00-dan etibarən başlayacaq.

Kişilər

-60 kq, 1/8 final
Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)
Balabəy Ağayev – Maksim Merlin (Fransa)

-66 kq, 1/16 final
Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)

-66 kq, 1/8 final
Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi

-73 kq, 1/8 final
Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
Rəşid Məmmədəliyev – Ulises Mendez (Meksika)

-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Xorxe Perez (Çili)

-81 kq, 1/8 final
Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə

-90 kq, 1/8 final
Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)

-100 kq, 1/8 final
Zelim Kotsoyev – İosif Simin (İsrail)

+100 kq, 1/8 final
Uşanqi Kokauri – Marven Qado (Monako)

Cüdoçularımız Perudakı Qran-prini 7 medalla başa vurublar Yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb Daha bir idmançımız Peruda bürünc qazanıb Cüdoçularımız beynəlxalq turniri 10 medalla başa vurub - FOTO Azərbaycan cüdoçuları Peruda dörd medal qazanıblar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью