Cüdoçularımızın rəqibləri müəyyənləşib

01.05.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. 

Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Turnirdə ölkəmiz 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.

Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. 

Kişilər
60 kq
1/8 final

Balabəy Ağayev - Muhammad Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə

66 kq
1/8 final

Yaşar Nəcəfov - Exson Safarzoda (Tacikistan)

73 kq
1/8 final

Vüsal Qələndərzadə - Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə

81 kq
1/8 final

Süleyman Şükürov - Batsuqar Qansux (Monqolustan)

90 kq
1/8 final

Vüqar Talıbov - Nikoloz Davladze (Gürcüstan)
Elcan Hacıyev - Muzamir Karimzoda (Tacikistan)

+100 kq
1/8 final

Camal Qamzatxanov - Artyom Zolotuxin (IJF)
Kənan Nəsibov - Rahmatullo Mirzoyev (Tacikistan)

Olimpiya çempionumuz yarımfinalda Hidayət Heydərov Avropanın ən yaxşısı seçildi Murad Fətiyev fəxri kürsüdə Cüdoçularımız Polşaya yollanacaqlar Millimiz növbəti medalını qazandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью