Cüdoçumuz 65 yaşında dünya çempionu oldu

05.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью