Cüdoçumuz Avropa Çempionatında bürünc medal qazandı

16.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan təmsilçisi Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Gununsesi.info xəbər verir ki, Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью