Cüdoçumuz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

23.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib.

Qeyd edək ki, bu gün tatamiyə çıxan Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əvvəlki raundlarda uduzaraq medal şanslarını itiriblər.

Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq Goranboyda məşqçilər üçün peşəkar inkişaf proqramı yekunlaşıb Cüdo hakimləri üçün praktiki seminar U-17 turnirində 873 cüdoçu mübarizə aparacaq İnkişaf proqramı çərçivəsində üçüncü seminar keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью