Icma.az bildirir, Apasport portalına istinadən.
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Süleyman Şükürov dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB Dünya çempionatı: Südabə Ağayeva mübarizəni dayandırdı Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq - YENİLƏNİR DÇ: Zelim Tçkayev finalda məğlub oldu - YENİLƏNİB Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazandı - YENİLƏNİB