Cüdoçumuz rəqibini ipponla məğlub etdi

30.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.

Axar.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.

Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.

Yığmamızın digər üzvləri — Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью