Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın paytaxtı Berlində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda ilk yarış gününə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi günü bir medalla başa vurub.
Rəsul Əlizadə (-60 kq) bürünc mükafat qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
O, üçüncülük uğrunda görüşdə fransalı Lüsyen Tiksyeni məğlub edib.
Turnirə bu gün yekun vurulacaq. Son yarış günündə yığmamızın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.
ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək Cüdoçular kəmər dərəcələri üzrə imtahan verib Gültac Məmmədəliyevadan bürünc medal