Cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib

23.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.

"Report" xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 - 2010-cu təvəllüdlü cüdoçular iştirak edib.

Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov birinci yerə çıxıblar. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью