Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Qaraciyər ən vacib orqanlardan biridir.
Ziyanlı maddələri neytrallaşdıran, maddələr mübadiləsi proseslərində mühüm rol oynayan, ödü ifraz edən və bir çox digər funksiyaları yerinə yetirən qaraciyər orqanizmin ümumi sağlamlığında olduqca böyük rol oynayır.
Qaraciyər çox möhkəm, özü özünü bərpa edə bilən orqandır. Lakin müasir həyat tərzi (düzgün olmayan qidalanma, azhərəkətlilik, ziyanlı vərdiş
Bu orqanın sağlamlığını qoruyan, fəaliyyətini yaxşılaşdıran tərəvəz adi çuğundurdur.
Mədə-bağırsaq sistemi üçün olduqca faydalı olan çuğundur, həmçinin çox güclü hepaprotektordur (qaraciyəri qoruyan).
Alimlər çuğundurun tərkibində olduqca faydalı maddə “betain” aşkar ediblər.
Bu maddə qaraciyərin hüceyrələrində ziyanlı maddələri zərərsizləşdirməyə kömək edir.
Nəticədə, qaraciyərə olan gərginlik azalır, orqanın funksiyaları yaxşılaşır. Betain, həmçinin çuğundurun yarpaqlarında da var.