Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Çukur" serialının çəkildiyi çayxanada "İdris babanın kahvehanesi"ndə qətl törədilib.
Axşam.az xəbər verir ki, sözügedən məkanın sahibi qadın T.S.K küçədə təsbeh satan Ercan Çalı silahla vuraraq öldürüb. Satıcı hadisə yerində həyatını itirib. T.S.K polis tərəfindən saxlanılıb.
Hadisənin ilkin səbəbinin tərəflər arasında yaşanan mübahisənin olduğu deyilib.