Culani: “Əsəd rejiminin işgəncələrdə iştirakçı olan nümayəndələri təqib olunacaq”

11.12.2024

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Səlahiyyətlilər şübhəlilərin siyahılarını dərc edəcək və onlar haqqında məlumat verənlərə mükafat verəcəklər”

“Həyat Təhrir əl-Şam” təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Suriyanın yeni hakimiyyət orqanlarının işgəncə və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan Bəşər Əsəd rejiminin nümayəndələrini təqib edəcəyini bildirib.

AYNA-nın xəbərinə görə, Culani “Telegram” sosial şəbəkə hesabında yazıb ki, “səlahiyyətlilər şübhəlilərin siyahılarını dərc edəcək və onlar haqqında məlumat verənlərə mükafat verəcəklər”. Bununla yanaşı, Suriyadan qaçanlar beynəlxalq səviyyədə təqib olunacaqlar.

"Biz həmvətənlərimizə işgəncə verən cinayətkarları, qatilləri, ordunu və kəşfiyyatçıları məsuliyyətə cəlb edəcəyik", deyə Culani vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью