Culani: Suriya ərəb ölkələrinə hücum platforması olmayacaq

20.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Suriyanın yeni hakimiyyəti digər ərəb ölkələri üçün təhlükə yaratmır.

Bakupost.az xəbər verir ki, bunu onların lideri Əhməd əl-Şaraa (əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) “Asharq al-Awsat” qəzetinə müsahibəsində bildirib.

“Suriya heç bir ərəb və ya körfəz ölkəsinə hücum platformasına çevrilməyəcək və onların narahatlığına səbəb olmayacaq. Bizim Dəməşqdə olmağımız heç kimə təhlükə demək deyil”, - deyə əl-Şaraa bildirib.

O əlavə edib ki, yeni hakimiyyət Suriyanı iqtisadi inkişafın yeni səviyyəsinə çıxarmağa çalışır və əməkdaşlığa sadiqdir.

Onun sözlərinə görə, Dəməşq həm də qonşu Livanla “hörmətli münasibətlər” qurmaq niyyətindədir:

"Biz Livanın daxili işlərinə qarışmaq istəmirik, çünki ölkəmizdə kifayət qədər işimiz var".

Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью