Publika.az saytına istinadən Icma.az xəbər verir. Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Cula
Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Yerli mətbuata açıqlama verən Leaf bildirib ki, Culani həmsöhbətlərini Suriyanın bütün səviyyələrdə bərpası və dirçəlişinin təmin edilməsində dəstəyə çağırıb.
ABŞ nümayəndə heyəti Suriyanın Bəşər Əsəd rejimindən azad edilməsi münasibətilə Cülanini və Suriya xalqını təbrik edib.
ABŞ-ın həlli vacib olan problem və çətinliklər qarşısında Suriyanın yanında olacağını bildirib.
ABŞ nümayəndələri sabitliyin möhkəmləndirilməsi, iqtisadi artımın təşviqi və Suriya xalqının bütün komponentlərinin, xüsusən də Suriyanın şimal-şərqindəki məsələlər kimi mövzularda inklüziv təmsil olunmasının təmin edilməsi üçün atılan konkret addımları dəstəklədiyini qeyd ediblər.
Hüseyn İbadlı Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.