Culfa meşələri yanır: İran Azərbaycanın yardımından imtina edib

24.11.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq üç gündür Şərqi Azərbaycan vilayətinin Culfa ərazisində meşə yanğıları başlayıb.

Tribunainfo.az xəbər verir ki, İran tərəfi meşə yanğınlarının söndürülməsi prosesində ləng tərpəndiyindən yanğın daha geniş əraziyə yayılmağa başlayıb.

Artıq yerli ictimaiyyət də hökuməti tənqid edərək, onlardan daha ciddi addımlar atmağı tələb edirlər. Rəsmi dairələr isə Namnaq meşələri kimi tanınan bu ərazilərdə hava şəraitinin yaxşı olmamasının əsas tutaraq, lazım olan addımları ata bilmədiklərini iddia ediblər.

Bu əsnada, Azərbaycan tərəfi Culfadakı meşə yanğınlarının söndürülməsi prosesində iştirak etmək üçün İrana müraciət edib. Rəsmi Bakı bildirib ki, razılıq olarsa, yanğınsöndürmə briqadalarımız qısa müddətdə ərazidə fəaliyyətə başlaya bilər.

Lakin gələn xəbərlərə görə, İran Azərbaycanın bu təklifini qəbul etməyib. Yanğını özləri söndürəcəklərini bildiriblər.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью