Culfa rayonunda yol qəzası baş verib, piyada ölüb

06.03.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada ölüb.

Avtosfer.az xəbər verir ki, Ordubad rayon Nəsirvaz kənd sakini, 1993-cü il təvəllüdlü sakini Rzayev Tərxan Mərdan oğlu idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon Dizə kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Malik Hüseyn oğlunu vurub.

Piyada M.Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью