Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə olacaq

17.12.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 17 dekabr, AZƏRTAC

Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neftibaza–FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı Satış İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təmir işləri saat 10-dan 13-dək davam edəcək. Bu müddət ərzində Culfa şəhəri ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью