Culfada ağır qəza, 4 polis əməkdaşı öldü

12.09.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanlardan dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir. (APA)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью