Culfada avtomobil 65 yaşlı kişini vurub

07.07.2026

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Əbrəqunus – Güznüt avtomobil yolunun Culfa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Culfa rayonu Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Xudaverdiyev Yusif Şakir oğlu idarə etdiyi 72-BB-375 dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobillə rayonun Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Hüseynov Muxtar Ağabala oğlunu vurub. O, hadisə yerində həyatını itirib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью