Culfada avtomobil piyadanı vuraraq öldürüb

07.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Culfada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əbrəqunus – Güznüt avtomobil yolunda qeydə alınıb. Culfa rayon sakini, 1998-ci il təvəllüdlü Yusif Xudaverdiyevin idarə etdiyi 72-BB-375 dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobillə 1961-ci il təvəllüdlü Muxtar Hüseynovu vurub. Piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью