Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Culfa şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı avtomobil 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov