Culfada şəhidin ailə üzvləri ağır qəzaya düşdü VİDEO

29.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Culfa rayonu Saltaq kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 28-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşın, 72-BF-093 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb  yüksək sürət həddi olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “VAZ” markalı maşındakı şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Ümid Niftəliyevin ailə üzvləri olub.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью