Culfada yanğında xəsarət alan azyaşlı öldü Anasının müalicəsi davam edir YENİLƏNİB

11.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.

Redaktor.az xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir (APA).

***

Culfa şəhərində yaşayış binasında yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (APA).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью