Culfanın bəzi kəndlərində işıq olmayacaq

06.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un yerli bürosunun məlumatına görə, "Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bu səbəbdən, dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью