Culfanın bu kəndlərində işıq olmayacaq

06.12.2024

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Teleqraf.com xəbər verir ki, "Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədər sifarişə əsasən açılacaq.

Bu səbəbdən, dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью