Cümə günü hər şey dəyişə bilər: Pul fürsəti qapıda!

14.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur astroloq Dinçer Güner yeni həftənin astroloji proqnozunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, astroloqun sözlərinə görə, bu həftə münasibətlər, yeni iş imkanları və iradə tələb edən qərarlar baxımından əlverişli olacaq.

D.Güner bildirib ki, Tərəzi bürcündə baş verən yeni ayın təsirləri bu həftə də hiss olunacaq. İkili münasibətlər, tərəfdaşlıqlar və hüquqi məsələlər diqqət mərkəzində olacaq. Münasibətlərdə qarşılıqlı güzəşt və ədalət axtarışı ön plana çıxacaq. Dominos pizza

Astroloqun sözlərinə görə, həftənin çərşənbə və cümə axşamı günləri yeni fürsətlər baxımından əhəmiyyətli olacaq. Bu günlər iş təqdimatları, kommersiya razılaşmaları, mühüm görüşlər və səfərlər üçün əlverişli hesab olunur. Gözlənilən dəstəyin tanışlar və ya vasitəçilər sayəsində əldə edilməsi də mümkündür.

Güner idman və pəhrizə başlamaq, təxirə salınan işləri tamamlamaq, çətin məsələləri mərhələlərə bölərək həll etmək istəyənlərə cümə axşamı, cümə və şənbə günlərindən yararlanmağı tövsiyə edib.

Astroloq əlavə edib ki, təxminən 5,5 aydır Dolça bürcündə geriləyən Pluton cümə günü düz hərəkətə keçəcək. Onun fikrincə, son vaxtlar uyğunlaşmaqda çətinlik çəkilən məsələlərdə rahatlama yarana bilər.

Güner texnologiya, süni intellekt, rəqəmsal media və sosial şəbəkələr sahəsinə investisiya etməyi düşünənlər üçün də cümə günündən etibarən yeni imkanların yarana biləcəyini bildirib.

Aydan Hac


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью