Cümə namazı zamanı FACİƏ

10.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Suriyanın paytaxtı Dəməşqdə yerləşən tarixi Əməvi məscidində Cümə namazı zamanı izdiham yaşanıb.

News24.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

İzdiham nəticəsində bir neçə nəfərin həyatını itirdiyi, yaralıların olduğu bildirilib.

Məlumat üçün əlavə edək ki, Əməvi məscidi paytaxt Dəməşqin simvolu hesab edilir. Tarixi VII-VIII əsrə dayanan hazırkı məscid əvvəl xristianlar tərəfindən kilsə kimi istifadə edilib, islamın gəlməsindən sonra isə ərazisi artırılaraq islam dünyasının ən böyük məscidlərindən birinə çevrilib. Məscidin ərazisində dini kitablarda adı keçən dini xadimlərinin, həmçinin islam sərkərdələrinin məzarları yerləşir./oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью