Cüneyt Arkın oğlu açıqladı: Animasiya filmi gəlir | Icma.az
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeşilçamda iz buraxan və həyatı boyu 300-dən çox filmdə baş rol oynayan Cüneyt Arkının oğlu Kaan Cüreklibatır ustad aktyorun xatirəsini yaşatmaq üçün yeni layihə hazırladıqlarını açıqlayıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Türkiyənin əfsanəvi sənətçilərindən olan Cüneyt Arkın 28 iyun 2022-ci ildə 85 yaşında vəfat edib.
Ustad aktyor sonuncu dəfə 2014-cü ildə lentə alınan “Qulyabani” filmində rol alıb.
Karyerası boyunca 300-dən çox filmdə rol alan Arkının oğlu Kaan Cüreklibatır, Yeşilçam əfsanəsinin cizgi filminin hazırlıq mərhələsində olduğunu açıqlayıb.
Snob Magazine-nin xəbərinə görə, Arkının oğlu Kaan Cüreklibatır bu açıqlamaları verib: “Atamın xatirəsini yaşatmaq üçün gözəl layihəmiz var.
Cizgi filmi haqqında düşünürük. Bir ildir ki, bunun üzərində işləyirik.
Atam deyirdi ki, “gənclər öz tarixini, mədəniyyətini bilsələr, əcnəbi canavar olmayacaqlar”. Həqiqətən hamısı xarici cizgi filmləridir.
Tam oxu
Xəbəri oxu