Cüneyt Çakır Bakıya gəlir

26.11.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.

Axar.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Lion” matçı saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью