Cüneyt Çakır Qarabağın oyununa gəlir

26.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

Tanınmış futbol hakimi Cüneyt Çakır "Qarabağ"ın oyununa təyinat alıb.

QOL.az xəbər verir ki, türkiyəli keçmiş referi UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçının hakim-inspektoru olacaq.

Xatırladaq ki, Çakır Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədridir.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью