“Çünki “Olimpiakos”a qələbə lazımdı” Yunanıstandan son xəbər

30.01.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” bu gün “Olimpiakos”un qonağı olacaq. Ağdam klubu üçün “qapını möhkəm çırpmaq” baxımından yaxşı şansdı.

Yunanıstandakı ab-havadan xəbər tutmaq üçün hazırda orda olan həmkarımız Aydın Bağırovla əlaqə saxladıq:

“Qazonun oyuna mane ola biləcək vəziyyəti yoxdu. Xüsusi ab-hava hiss olunmur. Yəqin ki, axşama qədər hiss oluna bilər. Yerli media, təbii ki, “Olimpiakos”u diqqət mərkəzində saxlayır. Çünki “Olimpiakos”a qələbə lazımdı. Rəqib komandanın azarkeşləri həmişə fərqlənib. Axşamkı oyunda da xeyli azarkeş olacaq”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью