Cütlük 43 ildə 12 dəfə evlənib boşanıb

11.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Avstriyada bir cütlük pensiya sistemini aldatmaq üçün 43 il ərzində 12 dəfə boşanıb.

"Cebheinfo.az" xəbər verir ki, ümumilikdə 326 min avro qanunsuz qazanc əldə edən cütlük haqqında istintaq başladılıb.

Müstəntiqlərə görə, cütlük əslində bütün proses boyunca birlikdə yaşamağa davam edib. Lakin onlar formal olaraq ayrılıb barışmaqla Avstriyanın pensiya sığorta sistemini aldadıblar.

Avstriya Ali Məhkəməsi mart ayında cütlüyün qanuni boşluqlardan istifadə etməsinin ədalətsiz olduğuna dair qərar verib.

Məhkəmədən sonra polis cütlüyü "ciddi fırıldaqçılıq"da ittiham edərək istintaqa başlayıb.

Maraqlıdır ki, onların 12-ci boşanması səlahiyyətlilər tərəfindən tanınmadığı üçün cütlüyün hələ də rəsmi nikahlı hesab edildiyi öyrənilib.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью