Cütlük qandallanmış halda 101 km qaçdı

13.11.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

İspaniyalı cütlük qandallanmış halda 101 kilometr qaçaraq dünya rekorduna imza atıb.

Axşam.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytında məlumat yayıb.

46 yaşlı Cessika Munyos Paredes polis, 40 yaşlı sevgilisi Pelayo Alvares Revuelta isə İspaniya Mülki Qvardiyasının əməkdaşıdır. Cütlük mayın 9-da İspaniya ordusunun təşkil etdiyi dağ qaçışında iştirak edib. Onlar bütün məsafəni bir-birinə qandallanmış vəziyyətdə qət ediblər.

Bildirilib ki, bu nəticə iki nəfərlik komanda şəklində qandallanmış halda qaçış üzrə dünya rekordu kimi qeydə alınıb.

Cütlük bu addımla peşələrinə diqqət çəkmək, həmçinin birlikdə çalışaraq çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu göstərmək istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью