Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
"Çin hakimiyyəti müstəqil və dinc xarici siyasətə sadiq qalacaq”.
525.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ölkənin yaranmasının 77-ci ildönümü münasibətilə Xalq Yığıncaqları Evində keçirilən təntənəli qəbulda bildirib.
“Biz müstəqil və dinc xarici siyasətə sadiq qalmalı, dörd qlobal təşəbbüsün həyata keçirilməsini davam etdirməli, bəşəriyyət üçün ortaq taleyə malik icmanın qurulmasına töhfə verməli, dəyişən və təlatümlü dünyaya daha çox inam və müsbət dinamika gətirməliyik”, – Çin lideri vurğulayıb.
Oktyabrın 1-də Çində Milli bayram – Çin Xalq Respublikasının yaranma günü qeyd olunur. 1949-cu il oktyabrın 1-də Pekində Tiananmen meydanında Çin inqilabının lideri Mao Zedun (1893–1976) ÇXR-in yaradıldığını təntənəli şəkildə elan edib.
Pərvanə Sultanova